Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Real” (Madrid) – “Qalatasaray” matçının hakimləri müəyyənləşib.
UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, prinsipial matçı isveçli hakim Uilyam Kollam idarə edəcək. Ona Martin Kryans və Uilyam Konyuer köməklik göstərəcək.
Qeyd edək ki, “Real” – “Qalatasaray” matçı “Santyaqo Bernabeu” stadionunda, oktyabrın 27-də baş tutacaq.