Xorvatiya millisinin heyətində Uelsə qarşı AVRO-2020-nin seçmə mərhələ oyununda (1:1) zədələnən Luka Modriçin durumuna aydınlıq gəlib.
34 yaşlı yarımmüdafiəçi bir müddət komandasına kömək etməyəcək.
Modirç Madrid “Real”ının heyətində Çempionlar Liqasında “Qalatasaray”a, İspaniya La Liqasında “Barselona”ya qarşı görüşü buraxmalı olacaq.
“Real” “Qalatasaray”la oktyabrın 22-də, “Barselona” ilə isə oktyabrın 26-da qarşılaşacaq.