Madridin “Real” klubu ciddi itki ilə üzləşib.
Klubun əsas heyət futbolçusu olan Xabi Alonso hazırlıqlar zamanı ayağından zədələnib. Ayaq sümüyünü qıran ispan yarımmüdafiənin 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, futbolçu ötən mövsüm də zədə üzündən əməliyyat olunmuş və bu səbəbdən Braziliyada təşkil olunan Konfederasiyalar Kubokunda iştirak etməmişdi.