19 Sentyabr 2024
Dünya futbolu

“Real”da yeni sözləşmə

Müdafiəçi Ferlan Mendi karyerasını “Real”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə 2027-ci il iyunun 30-na kimi müqavilə imzalanıb. Bu barədə “Marca” nəşri xəbər yayıb. Bildirilir ki, bütün detallar razılaşdırılıb və yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.

29 yaşlı oyunçu bu mövsüm 5 oyunda “Real”ın heyətində top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43