Dünya futbolu

“Real”ın futbolçuları ən güclülər arasındadır” – Karlo Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “The Best” mükafatlarının nəticələri barədə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis mükafata layiq görülən isimlərlə bağlı geniş danışmayıb. O, Madird klubunun üzvlərinin də ən yaxşılardan olduğunu bildirib:

“Bizim üçün o qədər də vacib deyil. Argentina dünya kubokunu layiqincə qazandı. Messi, Emiliano və baş məşqçi Skaloninin bu adlara layiq görülməsi normaldır. Mükafat qazanan oyunçuların siyahısı diqqətimi çəkmədi. “İlk 3-lüy”ü mən seçə bilmərəm. Burada maraqların toqquşması ola bilər. Ancaq ondan əminəm ki, “Real”ın futbolçuları ən güclülər arasındadır”.

FİFA “The Best” mükafatlandırma mərasimində ötən ilin ən yaxşı oyunçusu Lionel Messi, qapıçısı Emiliano Martines, baş məşqçisi isə Argentinanın çalışdırıcı Lionel Skaloni seçilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43