Dünya futbolu

“Qalatasaray” ulduz futbolçu ilə müqavilə uzadır

“Qalatasaray”da transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik Dris Mertenslə müqavilə yeniləməyi düşünür. Mövsümün əvvəlində 35 yaşlı futbolçu ilə 1+1 illik sözləşmə bağlayan “cim-bom” onu əldən buraxmaq niyyətində deyil.

Belçikalı oyunçunun da İstanbul təmsilçisindən ayrılmaq fikri yoxdur. Qısa vaxtda azarkeşlərin də sevimlisinə çevirilən Mertens “Qalatasaray”da qalmağa davam edəcək.

Təcrübəli futbolçu “Qalatasaray”da çıxdığı 22 matçda 6 qol vurub, 3 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43