“Liverpul” yayda heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” “Real”ın futbolçusu Tuçameni ilə maraqlanır. Rəhbərlik 22 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəflə təmasa keçməyə hazırlaşır.
Baş məşqçi Yurgen Kloppun oyunçunu israrla istədiyi bildirilir.
Bu mövsüm 23 yaşlı futbolçu Madrid klubunda 28 oyun keçirib və 4 məhsuldar ötürmə edib.