Xorvatiya millisinin üzvü Mateo Kovaçiç “Avro-2016”nın seçmə mərhələsində yığmamızla oyun öncəsi maraqlı fikirlər səsləndirib.
İdmanxeber.com-un məlumatına görə, “Real”ının yarımmüdafiəçisi həmyerlisi olan millimizin baş məşqçisi Robert Prosineçkini özləri üçün təhlükə hesab etdiyini bildirib:
“Azərbaycan və Norveçlə oyunlardan altı xal gözləyirik. Buna nail olmaq çətin olacaq. Amma qələbələrimizə şübhə etmirəm
Əvvəlcə Azərbaycanla oyunu düşünməliyik, sonra isə növbəti matçı. Azərbaycanla oyunda bizim üçün ən böyük təhlükə rəqibimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçkidir”.