08 Sentyabr 2024
Ölkə futbolu

Rednik bugün gəlir: Bakı – Lənkəran – Buxarest

"Xəzər Lənkəran"da Mirça Rednik müəmması bugün bitə bilər.

İdmanxeber.com-un məlumatına görə, Mustafa Dənizlinin istefasından sonra Redniklə danışıqlara başlayan Cənub klubu rumıniyalı mütəxəssisin yolunu gözləyir. "Xəzər Lənkəran" azarkeşlərinin sevimlisi olan Rednik axşam saatlarında Azərbaycanda olmalıdır. Lakin ola bilsin ki, baş məşqçi sabah günorta satlarında da Azərbaycan gəlsin. Bu onun şəxsi işləri ilə əlaqələndirilir.

Lakin açıqlamalarında bu günə işarə vuran rumıniyalı çalışdırıcı ilk olaraq klubun Bakıdakı ofisinə təşrif buyuracaq. Kubokun final oyununu izlədikdən sonra isə Lənkərana yollanacaq təcrübəli mütəxəssi bir müddətlik vətəninə gedəcək və yenidən yay hazırlıqı üçün komandanın başına keçəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43