Azərbaycanlı hücumçu Renat Dadaşovun çıxış etdiyi “Tondela” klubu Portuqaliya çempionatnın 5-ci turunda doğma meydanda “Eştoril”lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
İdmanxeber.az-ın məlumatına görə, Renat da bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 22 yaşlı futbolçu 75-ci dəqiqədə sarı vərəqə də alıb.
“Tondela” 5 turdan sonra 3 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.