22 Dekabr 2024
Müsahibə

Rəşad Sadiqov: “Adam bir yeməyi iki dəfə yeyəndə bezir” (MÜSAHİBƏ)

“Qəbələ”nin futbolçusu Rəşad Sadiqov “Neftçi” ilə oyundan (0:1) sonra İdmanxeber.com-a müsahibə verib.

– İlk öncə oyunla bağlı fikirlərin…

Oyun doğurdan da gərgin keçdi. Mənə elə gəlir ki, bəxtimiz gətirmədi. 3-4 qol imkanımız oldu, yararlana bilmədik. Rəqibin bir imkanı oldu, o da standart vəziyyətdən və qapımızda qol gördük. Yaxşı oynadıq. Sadəcə komanda da biraz yorğunluq var. Avropa Liqasında çıxış edəndən sonra komanda da biraz yorğunluq hiss olunur. Açıq danışmaq lazımdı, avrokuboklara qədər komanda ilk pillələrdə gedirdi. İndi isə durum fərqlidi. Yorğunluq öz sözünü deyir. Üçüncü dövrədə tam fərqli bir “Qəbələ” görəcəksiniz.

– İkinci dövrədə heç bir ev oyununda qələbə qazana bilmədiniz. Bunun tək səbəbi yorğunluqdu?

Çox oyunlarda bəxtimiz gətirməyib. Bir neçə oyunda həddindən artıq qol imkanlarımız olub, ancaq bəxtimiz gətirməyib. Əgər “Neftçi” ilə oyunda da bi neçə real qol imkanımız oldu ki, yararlana bilmədik. “Neftçi” arxada “oturub”, əks hücumlarla oyun qururdu.  Biz oyunu udsaydıq, hamı deyəcəkdi ki, yaşxı oynadınız.

– Komandada ab-hava necədi? Sanki futbolçularda ruh düşkünlüyü var…

Yox, ruhdüşkünlüyü yoxdu. Sadəcə uşaqlar neçə vaxtdı bir yerdə qaldığından, “Qəbələ”də olduğundan, ola bilər bezdirici, sıxıcı gəlib. Adi bir yeməyi evdə iki gün yeyəndə adam bezir. Mənə elə gəlir ki, uşaqlarda psixoloji cəhətdən bir balaca gərginlik var. İstirahətdən sonra başq abir komanda görəcəksiniz.

– Rəşad, bir neçə turdu ki, “yaxşı oynadıq, amma qələbə qazana bilmədik” – deyirsiz. Olmaz ki, yaxşı oynamayıb qələbə qazanasız? Axı rəhbərlikdən azarkeşə kimi hamı sizdən qələbə gözləyir…

Yox, yaxşı oynamadığımız oyunlar da olub. Misal üçün Lənkəranda yaxşı oynamadıq, ancaq 3 xal qazandıq. 

– Çempionluq əldən getdi deyə bilərik?

Yox, hələ 20-dən çox oyun var. Hər şey qabağdadı. “Qarabağ” da xal itirəcək.

– Yəqin ki, “Qarabağ”ın xal itirməsi üçün dua edəcəksiz…

Yox, özümüz də qalib gəlməliyik. “Qarabağ”ın xal itirməsi ilə heç nə həll olunmur.

Səxavət Qurbanov // Qəbələ


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43