“Bütün azarkeşləri, Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirik. Buna ehtiyacımız var idi. Çünki biz bilirik ki, hansı komandanın adını daşıyırıq. Bizim üçün bu böyük məsuliyyətdi”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.
Təcrübəli müdafiəçi qazonun vəziyyətinə toxunaraq bunları deyib:
“Meydança haqda danışmaq istəmirəm. Çünki hər iki komanda üçün eyni idi. Ancaq bizim üçün daha çətin idi. Bizim oyunçular daha texnikalıdı deyə, daha çətin idi. Ümumilikdə bu matç avrokuboklarda göstərdiyimiz ən yaxşı oyunlardan biri idi”.