22 Dekabr 2024
Kateqoriyasız

Rəşad Sadıqov “İnter”lə oyunda meydana çıxacağmı?

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov `Neftçi`ylə oyundan öncə zədələndiyinə görə derbini buraxmağa məcbur olmuşdu.

İdmanxeber.com-un məlumatına görə, bir neçə gün hazırlıqlardan kənarda qalan müdafiəçi Milana gəldiyi gün fizoterapevt nəzarətində çalışmalara başlayıb. "Qarabağ"ın Milanda çıxdığı ilk məşqdə  kapitan yenə də fiziotetapevt nəzarətində məşqə çıxıb. Komandanın oyunöncəsi sonuncu məşqinə qədər tibbi personalının verəcəyi qərar əsasında Rəşadın meydana çıxıb çıxmayacağı bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43