"Çox ağır oyun oldu. Çoxdandı belə ağır matça çıxmamışdıq. Əlimizdən gələni etdik. Çalışdıq ki, rəqibin hücumlarının qarşısını alaq. Lakin təəssüf ki, standard vəziyyətdən qol buraxdıq".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.
Avroliqanın V turu çərçivəsində keçirilən "Tottenhem"lə matçda rəqibinə məğlub olan ağdamlıların kapitanı sözünə belə davam edib:
"Futbolçularımızın boyu çox qısadı. Bizim rəqiblərdə isə bu xüsusiyyət açıq aşkar fərqlənir. Bu gün 14-15 künc zərbəsi oldu lakin cəmi birindən qol buraxdıq. Reynaldonun yoxluğu həmişə hiss olunur. O bizim üçün önəmli futbolçudu. Bizdə də qol imkanları oldu. Bundan sonraki şanslar çox çətindi. Yenə də əlimizdən gələni edəcəyik. Qol buraxdıqdan sonra da azarkeşlər bizi dəstəklədi. Bu çox xoş idi. Azarkeşlərə sonsuz təşəkkür edirik"