22 Dekabr 2024
Kateqoriyasız

Rəşad Sadiqov: “Qorxub arxada oturmayacağıq”

Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qəbələ” – “Neftçi”yə qonaq oldu.

İdmanxeber.com-un məlumatına görə, matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatdı – 1:0

Oyundan sonra bölgə təmsilçisinin futbolçusu Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.

Oyun çətin oldu. Rəqibdə gənc oyunçular olmağına baxmayaraq yaxşı müqavimət göstərdi. Komandamız sona qədər mübarizə apardı. Qələbə qazanmaq istəyirdik və qazandıq.

– Oyuna sonradan daxil oldunuz. Sizcə əsas heyətdəki yerinizi itirmisiniz yoxsa?

– Yox, demək olmaz. Məşqçi keçən oyun bu heyətlə oynamışdı və qələbə qazanmışdı. Qələbə qazanan heyəti dəyişmirlər prinsipinə görə düşünürəm ki, əsas heyətdə olmadım. Gələcəkdə yenə start heyətdə görəcəksiniz. Futbolçularımızın hamısı əsas heyətdə mübarizə aparmaq gücündədi. Çalışacam ki, bu mövqeyimi qoruyum.

– Qarşıdan “Borussiya” ilə oyun gəlir və daha ehtiyyatlı oynamaq əvəzinə bir qədər aqresiv oynadız, Düşünmürdüz ki, rəqib də eyni cavab verər və futbolçularınız zədələnə bilər.

– Hər oyuna motivasiya ilə çıxırıq. “Borussiya” haqda fikirləşmirdik. Əsas düşüncəmiz “Neftçi” idi. Hər oyuna aqresiyya ilə çıxırıq.

– Bir vaxtlar o komanda da oynamış futbolçu kimi “Neftçi”nin durumu haqda nə deyə bilərsiniz?

– “Neftçi”də deyiləm deyə bilmirəm komanda daxilində nələr baş verir. “Neftçi” üçün acınacaqlıdı. Azərbaycanın flaqmanı olan klubyüksəklərdə olmalıdı. Bu durumun səbəbkarı yəqin ki, rəhbərlikdi

– “Borussiya” ilə oyun haqda nə deyə bilərsiz?

– Qrupdan çıxmaq istəyiriksə xal qazanmalıyıq. PAOK da öz evində xal qazana bilmişdi, niyə də biz etməyək. Qorxub arxada oturmayacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43