Ölkə futbolu

Rəşad Sadıqov üçün əlamətdar oyun

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yubiley oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı müdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb. Bu əlamətdar hadisə Topaz Premyer Liqasının XVII tutuna təsadüf edib. “Xəzər Lənkəran”la səfər oyunu Rəşad üçün 250-ci olub. 2000/01 mövsümündə debüt edən müdafiəçi 3 klubda keçirdiyi 14 mövsümdə 250 matça 14 qol vurub.

Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatlarında 250 və daha çox oyun keçirən 42-ci futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43