Tofiq Bəhramov adına Respublika Stadionuna yeni direktor təyin olunub.
İdmanxeber.com-un “Report” agentliyinə istinadən yaydığı məlumata görə, bu, Şamil Quliyevdir.
O, yeni vəzifədə ötən ay səhhəti ilə əlaqədar istefa vermiş Akif İsmayılovu əvəzləyib. Artıq yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən kollektivə təqdim olunub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbəri təsdiqləyib. O bildirib ki, Ş.Quliyev müvəqqəti olaraq, Respublika stadionunun direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Şamil Quliyev idman sahəsində yenidir. Onun əvvəllər hüquq-mühafizə orqanları sistemində çalışdığı bildirilir.