Transfer çalışmalarını davam etdirən “Rəvan” heyəti gücləndirmək yolunda yeni addım atıb. Belə ki, komanda daha 2 futbolçu ilə güclənib. “Rəvan” Əziz Quliyev və Sohib Savankulovla anlaşıb. Son klubu “Bakı” olan Əzizlə bir, Tacikistan yığmasının üzvü Sohiblə isə iki illik rəsmi müqavilə imzalanıb. Düşənbə “İstiqlal”ından gələn Savankulovun son vaxtlar müntəzəm çağırıldığı yığmada 31 oyunda meydana çıxdığını və 1 qol vurduğunu da əlavə edək. Adıçəkilən futbolçular bu gün “İnter”lə keçiriləcək oyunda meydana çıxa bilərlər.
“Rəvan” 2 futbolçunu transfer etdi
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43