Azərbaycan Premyer Liqa təmsilçisi “Rəvan” təlim-məşq toplanışına start verib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bəhmən Həsənovun komandası bu gün “Bayıl Arena”da bir araya gəlib.
Hazırlıqlarını paytaxtda keçirəcək “aslanlar” gündəlik məşqlərlə yanaşı, 3 yoxlama matçında da qüvvəsini sınayacaq. Həmin oyunlar yanvarın 10, 17 və 24-nə nəzərdə tutulub. Rəqiblərin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.