"Rəvan” Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Bakı” ilə qarşılaşacaq.
Klubun rəsmi saytının verdiyi xəbərə görə, “aslanlar”ın qonaq qismində çıxış edəcəyi paytaxt derbisini idarə edəcək hakimlər də artıq bəllidi. Oyunu ölkəmizin sayılıb-seçilən referilərindən olan Vüsal Əliyev idarə edəcək. Bu, Əliyevin Premyer Liqada “Rəvan”la yollarının kəsişdiyi 7-ci hal olacaq. Buna qədər “Rəvan”ın 6 görüşündə ədaləti təmsil edən Vüsal Əliyevin fit çaldığı oyunlada bu komanda 3 qələbə qazanıb (Sumqayıt – 1:0, Turan – 6:2, Xəzər Lənkəran – 2:1), 1 dəfə heç-heçəyə razılaşıb. "Xəzər Lənkəran” və AZAL ilə səfər görüşlərində isə məğlubiyyət qeydə alınıb. Maraqlıdır ki, bu 6 oyunun 5-i səfər matçlarına təsadüf edib və “Rəvan” indi yenə rəqib komandanın meydanında oynayacaq. Özü də bu oyunlarda "sülh” olmayıb. Onun idarə etdiyi oyunlarda yeganə heç-heçə "Xəzər Lənkəran” ilə ev matçına təsadüf edir.