Birinci divizionda mübarizə aparacaq “Rəvan” təlim-məşq toplantısını Bakıda davam etdirir.
İdmanxeber.com-uin əldə etdiyi məlumata görə, “aslanlar” transfer çalışmalarına da ara vermir. “Sarı-qırmızılılar” birinci divizionun bombardiri Əli Bağırovu heyətinə qatıb.
Yevlaxın “Karvan” klubunda çıxış edən Bağırov “Araz Naxçıvan”ın düşərgəsinə yollansa da, orada danışıqlar müsbət yekunlaşmayıb və forvard “Rəvan” yolunu tutub. Dünəndən paytaxt klubuna qoşulan futbolçuyla bağlı yekun qərar yaxın günlərdə veriləcək.