“Rəvan” iki futbolçu ilə yollarını ayırıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi mövsümlərarası fasilədə heyətinə qatdığı sierra-leoneli Samuel Barlay və özbəkistanlı Alibobo Raxmatullayevlə vidalaşıb.
Zəif çıxış etdikləri üçün məşqçilər korpusunun qərarı ilə heyətdən kənarlaşdırılan hər iki futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.