Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə səfərdə “Neftçi”ylə heç-heçə edərək (1:1) əlverişli nəticə qazanan “Rəvan” cavab matçı öncəsi ciddi itkilərlə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “aslanlar”da Cəmşid Məhərrəmov və Orxan Lalayev sarı kart aldıqları üçün cəzalı duruma düşüblər. Hər iki oyunçu cavab görüşündə “Rəvan”a kömək edə bilməyəcəklər.