“Rəvan”ın yay transfer dönəmində heyətinə qatdığı və çox keçmədən yollarını ayırdığı Musa Kabirunun yeni klubu müəyyənləşib.
Nigeriyalı futbolçu bundan sonra Misirdə çıxış edəcək.
Belə ki, Musa bu ölkənin “El Qanah” klubu ilə anlaşıb.
Qeyd edək ki, Musa “Rəvan”la müqavilə imzalamışdı. Lakin Misirdəki məlum qarışıqlığa görə, sənədləri gəlmədiyindən müqaviləsi klub rəhbərliyi tərəfindən pozulmuşdu.