AFFA-nın verdiyi qərara əsasən "Rəvan" Premyer Liqanı tərk edib və yerinə birinci divizonun çempionu "Araz Naxçıvan" gəlib.
İdmanxeber.com-un məlumatına görə, "Rəvan" birinci divizonda mübarizə aparacağından legionerlər və baş məşqçi Güvənç Kurtarla yolları ayırıb.
Lakin komandanın heyətində yer alan təcrübəli yerli futbolçular isə hələ komandadan ayrılmağı düşünmürlər. Buna səbəb Premyer Liqaya hansısa klubun gəlmə ehtimalıdı. Belə ki, divizion klublarından hansısa sponsor tapıb, çempionatda mübarizə aparacağı təqdirdə "Rəvan" 12-ci komanda kimi Premyer Liqada oynayacaq. Məhz buna görə də, "aslanlar" bu ayın sonuna kimi səbr edəcək. Əgər son ümid də puç olsa, o zaman yerli futbolçuların da əksəriyyəti komandanı tərk edəcək.