22 Dekabr 2024
Kateqoriyasız

“Rəvan”ın vitse-prezidenti: “Borclar hissə-hissə ödəniləcək”

Bakının “Rəvan” klubunun futbolçulara olan əmək haqqı borcları hissə-hissə ödəniləcək. 

İdmanxeber.com-un “Report”a stinadən verdiyi məlumata görə, məlumatına görə, bu barədə “Report”a klubun vitse-prezidenti İlqar Axundov açıqlama verib.

Onun sözlərinə görə, maddi çətinlik olduğundan, noyabr və dekabr ayından qalan borcları bir dəfəyə ödəmək mümkün deyil.
Vitse-prezident komandanın ölkə daxilində təlim-məşq toplanışı keçən klubların qatıldığı “CBC Sport Kuboku”ndan imtinasının maliyyə ilə əlaqədar olmadığını söyləyib: “Turnirə qatılmamağımız heyətlə bağlıdır. Əsas heyətin bəzi üzvləri məşqlərə qatılmır və biz də əvəzedicilərdən futbolçular cəlb etmişik. Dünənki məşqimizdə cəmi 15 nəfər olub. Yəni, komanda bir-birinə uyğunlaşmayıb. Bu səbəbdən, turnirə qatılmağı doğru hesab etmədik”.

İ.Axundov baş məşqçi Bəhmən Həsənovun istefa vermək istəyinə də münasibət bildirib: “Bəhmən müəllim məşqlərdə olur. Düzdür, çətinliklər var. Düşünürəm ki, o, istefa verməyəcək. Ən azından istefa vermək istəsəydi, bizə deyərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43