“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə “Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la bu gün 2.5 illik müqavilə imzalayan Reynaldo deyib.
Klubun rəsmi saytına danışan braziliyalı hücumçu daha sonra bildirib: “Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.
Xatırladaq ki, 2013-2016-cı illərdə Ağdam klubunda çıxış edən Reynaldo 89 oyunda 47 qol vurub.