Ölkə futbolu

Reynaldo “Qarabağ”da – RƏSMİ

Reynaldonun “Qarabağ”a keçidi rəsmiləşib

Reynaldo Silvanın “Qarabağ”a keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan “Aktobe”də oynayan 29 yaşlı futbolçunun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bu ay başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43