22 Dekabr 2024
Kateqoriyasız

Reynaldoya həsəd aparanlar

Topaz Premyer Liqasının başa çatması ilə mövsümün ən yaxşı bombardirinin adı rəsmiləşib.  “Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silva 22 qolla hamını qabaqlayıb. O, Samir Musayev və Georgi Adamiyadan sonra “Qarabağ”ın heyətində bombardir tituluna yiyələnən 3-cü futbolçu olub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bunu bacaran ilk braziliyalı kimi tarixə düşən Reynaldo çempionatın bombardiri olan yeddinci legionerdir. Ardıcıl dördüncü dəfə əcnəbilərin qazandığı titula üçüncü dəfə cənubi amerikalı sahib çıxır. Uruqvaylı Valter Quqlemon və çilili Nikolas Kanales də buna nail olmuşdu.

1992 – Nazim Əliyev (“Xəzər” Sumqayıt) – 39 qol

1993 – Samir Ələkbərov (“Neftçi”) – 16

1993/94 – Musa Qurbanov (“Turan”) – 35

1994/95 – Nazim Əliyev (“Neftçi”) – 26

1995/96 – Rövşən Əhmədov (“Kəpəz”) – 23

Fazil Pərvərov (“Kəpəz”) – 23

1996/97 – Qurban Qurbanov (“Neftçi”) – 34

1997/98 – Nazim Əliyev (“Dinamo”) – 23

1998/99 – Alay Bəhramov (“Viləş”) – 24

1999/00 – Badri Kvaratsxeliya (“Şəmkir”) – 16

2000/01 – Paşa Əliyev (“Dinamo-Bakılı”) – 13

2003/04 – Samir Musayev (“Qarabağ”) – 20

2004/05 – Zaur Ramazanov (“Karvan”) – 21

2005/06 – Yakuba Bamba (“Karvan”) – 16

2006/07 – Zaur Ramazanov (“Xəzər-Lənkəran”) – 20

2007/08 – Xaqani Məmmədov (“İnter”) – 19

2008/09 – Valter Quqlemon (“İnter”) – 17

2009/10 – Fərid Quliyev (“Standard”) – 16

2010/11 – Georgi Adamiya (“Qarabağ”) – 18

2011/12 – Bahodir Nasimov (“Neftçi”) – 16

2012/13 – Nikolas Kanales (“Neftçi”) – 26

2013/14 – Reynaldo Silva (“Qarabağ”) –  22


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43