Futbol üzrə Azərbaycan yığması FIFA reytinqində 7 pillə geriləyib. Azerisport.az xəbər verir ki, Estoniya yığmasına məğlubiyyət (1:2) və Qırğızıstan yığması ilə heç-heçə (0:0), komandamıza 44 xala başa gəlib.
Beləliklə, FIFA-nın noyabr ayı üçün tərtib edilmiş reytinq cədvəlində Azərbaycan 363 xalla 95-ci pillədə qərarlaşıb.