Millimizin və “Qarabağ”ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıdıb. O, “Primavera”ya keçib. Komanda hazırda A2 Liqasında mübarizə aparır.
2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə Ağdam təmsilçisində çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.