“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes yerli mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu karyerası ərzində qarşılaşdığı ən çətin rəqiblərdən danışıb:
“Əvvəllər Lionel Messi idi. Premyer Liqaya gəlincə isə, Salahın adını çəkə bilərəm. O, bıçaq kimidir, ona qarşı oynamaq çox çətindir”.
Bu il “Qızıl top”u qazanan Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.