17 Sentyabr 2024
Dünya futbolu

“Roma”nın futbolçusu “Qalatasaray”a doğru

“Qalatasaray” “Roma”nın yarımmüdafiəçisi Nikola Zalevskini heyətinə qatır.

İdmanxeber.az-ın məlumatına görə, polşalı futbolçu Türkiyə klubuna keçməyə müsbət yanaşır.

“Cim-bom” 22 yaşlı oyunçunu icarəyə də götürə bilər.

Zalevski bu mövsüm A Seriyasında 3 oyunda meydana çıxıb.

22 yaşlı cinah yarımmüdafiəçisi 2025-ci il iyunun 30-na qədər “Roma”ya məxsusdur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43