Oyun alqı-satqısında ittiham edilən “Fənərbağça” prezidenti Əziz Yıldırım həbsxanaya salınacaq.
İdmanxeber.com-un məlumatına görə, “sarı bülbüllər”in başqanının daha 2 il 2 ay həbsdə qalacağı bildirilir.
Bu gün isə “Samandıra” təsislərinə gələn Yıldırım komanda üzvləri ilə sağollaşıb.
Klubun rəsmi “twitter” hesabından Yıldırımın futbolçularla görüşündən çəkilmiş foto yerləşdirilib.