“Əl-Nəsr”in sabiq futbolçusu Vensan Abubakar Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılma səbəbini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, kamerunlu futbolçu ailəvi səbələrdən Türkiyəyə gəlməyə üstünlük verdiyini bildirib. O, Kristiano Ronaldo ilə də görüşdünü açıqlayıb:
“Portuqaliyalı futbolçu mənə “getmə” dedi. Ona ailəm Fransada yaşayır, Türkiyəyə getsəm onlara biraz daha yaxın olacağımı izah etdim. Ronaldo isə ailəmə yaxın olmağımı seçdiyim üçün qərarıma hörmətlə yanaşdı. Bu səbəbdən İstanbula gəlməyi məsləhət gördüm”.
“Əl-Nəsr” klubundan “Beşiktaş”a transfer olan Abubakar İstanbul təmsilçisi ilə 2,5 illik müqavilə bağalyıb.