“Qalatasaray” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Əl-Nəsr”də çıxş edən Anderson Taliska ilə maraqlanır. 29 yaşlı futbolçunun “Qalatasaray”la anlaşdığı iddia edilir.
Vaxtı ilə “Beşiktaş”da çıxış edən təcrübəli oyunçu Səudiyyə Ərəbistanından ayrılmağa müsbət yanaşır. O, yayda yenidən Türkiyəyə qayıtmaq niyyətindədir.
Taliska cari mövsüm “Əl-Nəsr”də 14 oyunda 13 qol vurub.