Yanvarın 11-də Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.
AFFA-nın mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, qurum.başçısı Rövnəq Abdullayevin səhhətində yaranan problem səbəbindən səfər qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, bu səfər çərçivəsində həm də “Kəpəz” Futbol Akademiyasının açılışı da nəzərdə tutulmuşdu.