Cüdoçular federasiyanın biganə münasibətinə etiraz olaraq ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayıb.
İdmanxeber.com “Futbol+” qəzetinə istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində həmin cüdoçularla iclas keçiriləcək, onların problemləri dinləniləcək. Qəzetin yazdığına görə, tezliklə SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev cüdonu himayəsinə götürəcək.