Bu gün Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İslacda federasiyaya yeni rəhbər seçilib.
İdmanxeber.com-un məlumatına görə, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident təyin olunub.
Federasiyadan o da bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra kimlərin federasiyada qalıb-qalmayacağı da dəqiqləşəcək.
Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, “İmprotex” şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi. (virtualaz.org)