“Komandamız pis oynamadı”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA Prezidenti Rövnəq Abdullayev deyib.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Malta ilə qarşılaşan milli komandamızın oyunundan sonra federasiya prezidenti qarşılaşma haqqında fikirlərini bildirib:
“Çalışdıq, lakin qələbə qazana bilmədik. Düşünürəm ki, bu gün biz 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı qol şanslarımız olsa da, bundan yararlana bilmədik”.
apasport.az