"Borussiya"nın futbolçusu Marko Roys Kataloniya təmsilçisinin təklifini rədd edib.
İdmanxeber.com-un məlumatına görə, "Barselona" Roysa etdiyi təklifdə bir il gözləməyi və bu müddətdə komandasını dəyişməməyi bildirib. Almaniyalı futbolçu isə Kataloniyalıların bu təklifini qəbul etməyib.
Qeyd edək ki, FİFA tərəfindən iki transfer dönəmində futbolçu almaq qadağası olan "Barselona"nın cəzası 2016-cı ilin yanvar ayında başa çatacaq.