Kateqoriyasız

“Xəzər Lənkəran” şokda: legioneri düşərgəni tərk etdi

Zədəliləri ilə başı dərddə olan "Xəzər Lənkəran"ın dərdinin üstünə daha biri gəlib.

İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisinin futbolçusu Qalin İvanov icazəsi olmadan komandanın düşərgəsini tərk edib.

Məlum olmayan səbəbdən Azərbaycanı tərk edən bolqar futbolçunun vətəninə yollandığı bildirilir.

Hazırda klub rəhbərliyi bu məsələni araşdırır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43