29 Sentyabr 2024
Kateqoriyasız

“Rudar”ın kapitanı: “Bu “Qarabağ” üçün faciə olacaq”

Çempionlar Liqasında II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" səfərdə"Rudar"la qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, "Rudar"ın kapitanı Nedelko Vlahoviç Monteneqro mətbuatına açıqlama verib.

Təcrübəli futbolçu Ağdam klubu ilə oyun öncəsi bunları deyib:

"İlk oyundakı nəticədən narazı qala bilmərik. Çünki azarkeşlərlə dolu stadionda güclü rəqibə qarşı oynamaq asan deyildi. Bu səbəbdən Bakıdakı nəticədən razıyıq.

"Bəlkə də, çoxları bizim müdafiə futbolu oynamağımızı bəyənmir. Lakin bu  bizi narahat etmir. Çünki Bakıda nəticəyə oynadıq və hədəfimiz uduzmamaq idi ki, buna da nail olduq. "Qarabağ"ın cavab matçında da hücuma atılacağını bilirik. Əminəm ki, baş məşqçimizin Azərbaycan çempionunun hücumlarının qarşısını almaq üçün plan qurub. Rəqibin üzərində böyük təzyiq var. Azərbaycanda hər kəs onlardan qələbə gözləyir. Əgər "Qarabağ" mübarizəni dayandırsa, bu, onlar üçün faciə olacaq. Biz isə pul haqda yox, oyun barədə düşünməliyik. Əks təqdirdə bu, bütün oyun sistemimizi poza bilər.

Qeyd edək ki,  ilk oyun 15 iyulda Tofiq Bəhramov stadionunda keçrilmişdir. Oyun 0:0 başa çatmışdır. Cavab qarşılaşması 22 iyul Monteneqrda keçiriləcəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43