Sentyabrın 3-də Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoxlama oyununun baş hakimi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu qarşılaşmanı məşhur özbək hakim Rövşən İrmatov idarə edəcək. Yardımçı hakımlər isə Əbdulxamidullo Rəsulov və Alişer Usmanov olacaq. Matç Moskvadakı “Ximki Arena” stadionunda keçiriləcək.