Kateqoriyasız

“Tvente” – “Qarabağ” matçına nə qədər bilet satılıb?

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Hollandiya “Tvente”si arasındakı cavab oyununa bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, “Qrols Veste” stadionunda baş tutacaq matç üçün artıq 18 min bilet satılıb. 24 minlik azərkeş tutumu olan stadionun oyun gününə kimi bütün biletləri satılıb qutaracağı bildirilir.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” matçı sabah keçiriləcək və saat 22:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43