Dünyadan

Rusiya Premyer Liqasında 2013/2014 mövsümünün qalibi müəyyənləşdi – VİDEO

Rusiya Premyer Liqasında 2013/2014 mövsümünün qalibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə ÇSKA öz meydanında Moskva "Lokomotiv"ni minimal hesabla məğlub edərək (1:0)  cari mövsümün qalibi olub. Ordu klubunun yeganə qolunu 46-cı dəqiqədə Zoran Toşiç vurub.

"Zenit" ikinci, "Lokomotiv" isə üçüncü pillənin sahibi olub.

Premyer Liqanı "Volqa" və "Anji" klubları tərk edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43