22 Dekabr 2024
Kateqoriyasız

Rusiya türk futbolçulara da qadağa qoydu

Rusiya ilə Türkiyə arasında gərginlik davam edir.

İdmanxeber.com-un məlumatına görə,  turizmlə yanaşı Moskva türk futbolçuların Rusiya klubları tərəfindən transfer edilməsini də yasaqlayıb. Qeyri-rəsmi qərara əsasən Rusiya futbol klubları qış transfer pəncərəsində türkiyəli futbolçuları heyətlərinə qata bilməyəcəklər.

Bu barədə Rusiyanın idman naziri Vitaliy Mutko deyib.

“Əgər hər hansı bir klub qış transfer pəncərəsində heyətinə türkiyəli futbolçunu qatmaq istəsə, əminəm ki, onun heç bir şansı olmayacaq. Qabağa getmək lazım deyil, lakin siqnal artıq alınıb”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43