22 Dekabr 2024
Kateqoriyasız

Ruslan Abışov: “Bizdə deyim var ki, 33-34 yaşa gələn futbolçu karyerasını bitirməlidi”

“Oynamaqla bağlı məsələ baş məşqçinin qərarıdır. Oynamağa şans versə, özümü göstərməyə hazıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Ruslan Abışov deyib.

O, karyerası ilə bağlı mövsümün sonunda qərar verəcəyini bildirib: “Özümdə güc hiss edirəm. Hələ karyeramı bitirmək barədə düşünmürəm, oynamaq istəyirəm. Gələcəklə bağlı mövsümün sonunu gözləmək lazımdır. Bizdə deyim var ki, 33-34 yaşa gələn futbolçu karyerasını bitirməlidir. Ancaq mən bu fikirlə razı deyiləm”.

Qeyd edək ki, 2021-ci ilin yayından “Zirə”də çıxış edən millimizin sabiq üzvü meydana çox az çıxır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43