Topaz Premyer Liqasının VII turu çərçivəsində “Qəbələ” “Xəzər Lənkəran”la münasibətlərə aydınlıq gətirdi.
İdmanxeber.com-un məlumatına görə, qəbələlilər matçda 6:0 hesablı qəlbəəyə sevindi
Oyundan sonra “Qəbələ”Nin futbolçusu Ruslan Abışov bunları deyib:
“Erkən qol “Xəzər Lənkəran” futbolçularını “sındırdı”. Açığı bu qədər rahat qələbə qazanacağımızı düşünmürdük. Lakin yenə deyirəm erkən qol belə qələbə qazanmağımıza bizə kömək etdi. “Xəzər Lənkəran”dan bu oyunu gözləmirdik. Bu matçı unudub qarşıdakı matçlara baxacağıq. Öz oyunumuzu hər matçda göstərə bilsək, daha çox qələbə qazana bilərik.