Ölkə futbolu

Ruslan Abışov “Qəbələ”yə keçir?

"Qəbələ" klubu millinin iki futbolçusunu heyətinə qatmağı hədəfləyib.

Yerli mətbuatda yayılan xəbərə görə, bu, qapıçı Kamran Ağayev və müdafiəçi Ruslan Abışovdur.

"Bakı" Ağayevi transferə çıxarıb. Abışov isə "Rubin" klubunda ehtiyatda qaldığına görə, "Qəbələ" onu icarəyə götürmək istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43